Haqqımızda

Axoft — Rusiya və MDB regionu bazarında fəaliyyət göstərən İT distribüter xidmətidir 2004-cü ildən etibarən biz İT-istehsalçılar, sistem inteqratorları və resellerlərə öz korporativ istifadəçilərinə biznes tapşırıqlarının ən yüksək səviyyədə həyata keçirmələri üçün İT həlləri və xidmətlərin təmin olunmasında yardım edirik. Axoft portfelində SaaS- və IaaS-həlləri, informasiya təhlükəsizliyinin təmin olunması üçün sistemlər, infrastruktur, ofis və elmi proqram təminatları, eləcə də partnyor xidmətləri — təhsil, konsaltinq, marketinq, maliyyə və texniki dəstək təqdim olunur.


2016-cı maliyyə ilinin nəticələrinə əsasən, şirkət dövriyyəsi 18.5% artmış və 6.7 milyard rubla çatmışdır. Şirkət dünyanın 9 ölkəsinin 28 şəhərində təqdim olunur: Rusiya, Belarus, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Monqolustan. Axoft ilə iş üstünlüyü 6000-ə yaxın şirkət IT-bazarı iştirakçıları tərəfindən qiymətləndirilmişdir: proqram təminatı resellerləri və sistem inteqratorları, proqram təminatlarını işləyib hazırlayanlar, internet mağazalar və konsaltinq şirkətləri.


Biz 1000-dən artıq proqram və proqram-avadanlıq təminatı istehsalçılarının rəsmi distribüteriyik: Microsoft (CPS), «Лаборатории Касперского», Hewlett Packard Enterprise, Red Hat, Palo Alto Networks və digərləri. Portfelimizə daxil olan IT həlləri və xidmətləri qiymət və funksiya baxımından müxtəlifdir və EPG, eləcə də SMB-sektoru tələblərinə cavab verirlər.


Axoft öz biznesinin uzunmüddətli əməkdaşlıq üzərində qurur və bu işi sayəsində CRN/RE və @Astera reytinqinə əsasən 5 ən yaxşı İT distribüterləri siyahısına daxil olur. 2016-cı ildə şirkət CRN/RE reytinqinə əsasən "Tərəfdaşlara uyğunluq və fərdi yanaşma" nominasiyası üzrə 1 nömrəli distribüter seçilmişdir. Axoft hər il idarəetmə sistemi keyfiyyətinin ISO 9001:2008 beynəlxalq standartı tələblərinə uyğun olduğunu təsdiq edir.


Şirkət haqqında daha ətraflı məlumatı www.axoft.ru korporativ internet səhifədən əldə edə bilərsiniz.